Ovlink istifadə edilərkən emal olunan məlumatlar: hesab məlumatları (e-poçt, şifrə hash-i, auth provider, hesab/giriş vaxtları), link məlumatları (hədəf URL, qısa kod, alias, bitmə tarixi, klik limiti, seçilmiş domen, link şifrəsinin hash-i), klik statistikası (klik vaxtı, tam IP ünvanı, brauzer, əməliyyat sistemi, ölkə, şəhər), təhlükəsizlik/sessiya qeydləri (session token, user-agent, cihaz etiketi, country, device fingerprint, IP hash), Pro funksiyalar üçün API açarı meta-məlumatları (ad, prefix, last4, istifadə vaxtı), webhook konfiqurasiyaları (URL, event siyahısı, aktivlik statusu, failure sayğacı) və webhook çatdırılma logları (status, cəhd sayı, HTTP kodu, retry vaxtı), həmçinin şikayət/moderasiya məlumatları.
Şifrələr açıq mətn kimi saxlanılmır; yalnız hash dəyəri saxlanılır. E-poçt təsdiqi, şifrə bərpası tokenləri və sessiya idarəetməsi hesab təhlükəsizliyi üçün istifadə olunur.
Məlumatlar xidmət funksionallığı, statistikaların göstərilməsi, sui-istifadənin azaldılması və təhlükəsizlik üçün emal olunur. Redirect consent rejimində istifadəçi 'essential' seçərsə minimal klik qeydi, 'analytics' seçərsə brauzer/OS/ölkə statistikası saxlanılır. İstifadəçi davam etməzsə yönləndirmə və klik qeydiyyatı baş vermir.
Sorğu zamanı IP məlumatı geolokasiya və təhlükəsizlik yoxlamaları üçün emal olunur. Yeni cihaz bildiriş e-poçtlarında tam IP göstərilmir və cihaz sessiyalarında tam IP əvəzinə IP hash saxlanılır. Klik qeydlərində isə təhlükəsizlik və analitika məqsədi ilə tam IP ünvanı və şəhər məlumatları saxlanılır.
İstifadəçilər linkləri şikayət edə bilər. Təhlükəsizlik məqsədi ilə linklər deaktiv edilə, domenlər bloklana və hesablar məhdudlaşdırıla bilər.
Sayt connect.sid (sessiya), ovlink_redirect_consent (redirect razılığı) və lang_default (dil seçimi) cookie-lərindən istifadə edir. localStorage-da tema, dil və cookie banner razılığı (cookieConsent) saxlanıla bilər. Reklam aktiv olduqda reklam iframe-lərində üçüncü tərəf cookie və oxşar identifikator texnologiyaları işləyə bilər.
Xidmət Resend (e-poçt), Google OAuth (qeydiyyat üçün), Telegram (bot inteqrasiyası), CDN kitabxanaları və reklam vendorları (infrastruktur tərəfdaşları) kimi üçüncü tərəflərdən istifadə edir. Telegram botla əlaqələndirmə üçün sizin Telegram ID-niz bazada istifadəçi ID-nizlə əlaqələndirilir.
Təhlükəsizlik tədbirləri görürük, lakin internet mühitində tam təhlükəsizlik zəmanəti yoxdur.
Məlumatlar xidmətin işləməsi, təhlükəsizlik, hüquqi öhdəliklər və mübahisələrin həlli üçün zəruri olduğu müddətdə saxlanılır.